12px13px15px17px
Tarix:24/11/15

Yaponiya ilk dəfə kommersiya xarici peyk buraxıb

Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (Japan Aerospace exploration Agency - JAXA) bu gün ilk dəfə xarici peykin kommersiya buraxılışını həyata keçirib. H-IIA raketdaşıyıcısı Taneqasima kosmodromundan start götürərək orbitə "Telstar 12 VANTAGE” aparatını çıxarıb.
 
Kanadanın “TELESАT” operatorunun maraqları üçün buraxılan telekommunikasiya peyki 200-dən çox telekanal üçün siqnalı ötürmək qabiliyyətindədir. Yer səthindən 36 min km hündürlükdə Atlantika üzərində geostasionar orbitdə yerləşən peyk Avropa, Afrika və Cənubi Amerika ölkələrində televiziya yayımını təmin edəcək.
 
Hazırda peyklərin kommersiya buraxılışını ABŞ, Rusiya, Avropa İttifaqı (Aİ), Çin və Hindistan həyata keçirir. İndi bu ölkələrin sırasına Yaponiya da qoşulub.
 
Rusiya, ABŞ və Aİ ilə yanaşı, Yaponiya Beynəlxalq Kosmik Stansiyaya yüklər çatdıra bilir. Ölkənin “HTV 5” (H-2 Transfer Vehicle) yük gəmisinin son buraxılışı bu il avqustun 19-da həyata keçirilib.

 
“H-IIA” raketdaşıyıcılarının və “HTV” gəmilərinin istehsalçısı qismində Yaponiyanın “Mitsubishi Heavy Industries” korporasiyası çıxış edir, - “Lenta” yazır.



Baxış sayı: 552

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024