12px13px15px17px
Tarix:25/11/15

Azərbaycanın dövlət qulluqçuları Finlandiya və Estoniyanın “Elektron hökumət” təcrübəsi ilə tanış olub

Noyabrın 23-24-də Finlandiya Dövlət İdarəçiliyi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Azərbaycanın dövlət qulluqçuları üçün seminar təşkil edib.
 
Komissiyadan "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, seminar Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun estoniyalı tərəfdaşları ilə birlikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri üçün nəzərdə tutulan "İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli E-hökumət xidmətləri (PADOS)" layihəsi çərçivəsində 2015-ci ilin iyun ayında ölkəmizin müvafiq qurumlarında həyata keçirilmiş tədqiqat səfərinin nəticəsi əsasında keçirilib.
 
Tədbirin məqsədi fərdlərin siyasi qərarların qəbul edilməsinə təsiretmə imkanı, şəffaf idarəetmə və e-hökumət xidmətlərinin təşkilində Finlandiya və Estoniyanın təcrübəsinin öyrənilməsi olub.
 
Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov açaraq informasiya texnologiyalarının dövlət qulluğunda tətbiqinin əhəmiyyətindən danışıb.
 
Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun direktoru xanım Anna Saharinenin "PADOS layihəsi və Azərbaycandakı seminar haqqında qısa məlumat", Estoniyanın E-idarəçilik Akademiyasının e-demokratiya proqramının rəhbəri xanım Kristina Reinsalunun "E-demokratiyanın və vətəndaş iştirakçılığının çətinlikləri", Finlandiya maliyyə nazirinin müşaviri xanım Arja Terhonun "Dövlət sektorunda islahatlarda olan çətinliklər və idarəçiliyin məhsuldarlığı" mövzularında təqdimatla çıxışları olub.
 
Noyabrın 24-ü, seminarın ikinci günü "ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanışlıq", "Dövlət idarələri arasında məlumat və informasiya mübadiləsi", "Finlandiyada rəqəmsal xidmətlər üzrə milli struktur", "Azərbaycanın dövlət qulluğu sistemi və DQMK-nın fəaliyyəti" və "Finlandiyada dövlət qulluğu sistemi və dövlət qulluğu təlimləri" mövzuları ilə bağlı təqdimatlar dinlənilib.
 
CAHANGİR



Baxış sayı: 575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024