12px13px15px17px
Tarix:25/11/15

Prezident İlham Əliyev: “Qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir”

"Biz əvvəlki illərdə aparılan islahatları növbəti illərdə davam etdirəcəyik. Eyni zamanda, əlbəttə, qeyri-neft sektorunun inkişafına daha çox diqqət göstəriləcəkdir".
 
Bu fikirləri beşinci çağırış Milli Məclisin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söyləyib. Dövlət başçısı bildirib ki, qeyri-neft sektoru bu gün Azərbaycanın ümumi daxili məhsulunda təqribən 70 faiz təşkil edir. Bu rəqəmin daha da artmalı olduğunu vurğulayan Prezident əlavə edib ki, qeyri-neft sektoru və əldə olunan iqtisadi artımlar ölkəmizin uzunmüddətli inkişafını təmin edəcəkdir:
 
"Şaxələndirmə, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması, xarici investisiyaların cəlb edilməsi, süni əngəllərin aradan qaldırılması, inhisarçılığa qarşı mübarizə - bütün bu amillər bizim iqtisadi inkişafımızı təmin edəcək".
 
 
Bununla bərabər, bölgələrdə infrastruktur layihələrinin icrasının davam etdirilməli olduğunu söyləyən Prezident İlham Əliyev bildirib ki, bu ilin iqtisadi və sosial göstəriciləri bunu göstərir ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatı sürətlə və uğurla inkişaf edə bilər.
 
"Təhlükəsizlik, fəal xarici siyasət, iqtisadi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə, güclü hərbi potensial və əsas dəyərlərə sədaqətimiz, sadiqliyimiz - bizim üçün gələcəyə gedən yol budur. Azərbaycan müasir dövlətdir, ancaq dərin milli mənəvi dəyərlər üzərində qurulan bir dövlətdir. Milli dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Azərbaycan müstəqillik yolu ilə gedir və gedəcək. Biz müstəqilliyimizi qoruyuruq və qoruyacağıq".
 
 
Seymur Qasımbəyli 
 



Baxış sayı: 834

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024