12px13px15px17px
Tarix:25/11/15

Azərbaycanda ilk dəfə yaradılan elektron biznes-oyun – “Elektron Birja Simulyatoru”ndan tələbələr istifadə edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində fəaliyyət göstərən Maliyyə Laboratoriyasında ilk seminar məşğələsi keçirilib.
 
Seminar məşğələsində tələbələr “Elektron Birja Simulyatoru” vasitəsi ilə fond birjalarının fəaliyyəti, birjalarda qiymətlərin formalaşması prinsipləri ilə əyani şəkildə tanış olub, simulyasiya qaydasında təşkil edilmiş ticarət əməliyyatlarında iştirak ediblər.
 
Laboratoriyada Azərbaycanda ilk  dəfə yaradılan elektron biznes-oyun – “Elektron Birja Simulyatoru” açıq rejimdə fond birjasında ticarət əməliyyatlarını simulyasiya edən avtonom, çox-istifadəçili real bazar prinsipləri əsaslı platforma təhsil sistemində innovativ və interaktiv tədris vasitəsi olmaqla, tələbələrə qiymətli kağızların kütləvi yerləşdirilməsi və təkrar bazarının işləmə prinsiplərini öyrənmək, real maliyyə bazarlarında ticarət əməliyyatlarında iştirak etmək, analitik qərar qəbul etmə vərdişlərini öyrənməyə imkan verir.
 
 
Bakı Fond Birjasının mütəxəssisi tərəfindən universitetin tədris planına uyğun olaraq beynəlxalq valyuta-kredit münasibətləri fənni üzrə “Beynəlxalq maliyyə bazarları” mövzusunda keçirilən məşğələ zamanı müxtəlif multimedia vasitələri ilə tələbələrə maliyyə bazarları, onların iştirakçıları və bu bazarlara ticarət olunan alətlər barədə məlumat verilib. 
 
 
 
SEYMUR
 



Baxış sayı: 329

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 May 2020

24 05 2020