12px13px15px17px
Tarix:25/11/15

Yaxın gələcəkdə «işıq interneti» istifadəyə verilə bilər

Məlumatların ötürülməsi üçün işıq mənbələrindən istifadə edən yeni «Li-Fi» texnologiyası ilk dəfə real şəraitdə sınaqdan keçirilib. Orta statistik «Wi-Fi» şəbəkəsi ilə müqayisədə yeni şəbəkədə orta sürət 100 dəfə daha böyükdür.
 
«ICTnews» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «Li-Fi» şəbəkəsi haqda ilk dəfə 2011-ci ildə məlum olub.
 
Estoniyanın “Velmenni” şirkəti Tallində bir neçə ofis və istehsal obyektində avadanlığı quraşdıraraq «Li-Fi» şəbəkəsini real rejimdə sınaqdan keçirib. Məlumatların ötürülməsi sürəti 1 Qbit/san təşkil edib. Qeyd edək ki, hazırda adi «Wi-Fi» şəbəkələrinin əksəriyyətində bu göstərici orta hesabla təxminən 10 Mbit/san təşkil edir.
 
Ehtimal ki, «Li-Fi» texnologiyasının kütləviləşməsi «Wi-Fi»-ın məhvinə səbəb olmayacaq. Məlumatların ötürülməsi sürətini yüksəltmək üçün mümkün olan yerdə «Li-Fi» avadanlığı quraşdırılacaq, digər qurğular (masaüstü FK-dən smartfon və daşınan elektronikaya kimi) isə mobil şəbəkə, «Wi-Fi» və yeni "işıq interneti" arasında asanlıqla keçid edə bilərlər.
 
Emil Hüseynov



Baxış sayı: 737

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024