12px13px15px17px
Tarix:26/11/15

Çin hökuməti əhalinin internetə çıxışında maneələr yaradır

Çin hökuməti əhalini "yanlış" xarici saytlardan və internet xidmətlərdən təcrid etmək üçün səylərini artırır. Xarici VPN serverlərin köməyi ilə həmin sayt və xidmətlərə çıxış əldə etmək istəyən istifadəçilərin mobil rabitəsini söndürüblər.
 
 
 «ICTnews.az» Elektron Xəbər Xidməti «hitech.vesti.ru» saytına istinadən yazır ki, «The New York Times» nəşri Sintszyan-Uyğur Muxtar rayonunda baş vermiş bir neçə belə hadisə haqda məlumat veriblər. Bura, Çinin şimal-qərbində yerləşən ən böyük əyalətdir, əhalisinin 40 faizini islam dininə etiqad edən uyğurlar təşkil edir. Çin hökuməti regionda istənilən separatçı meyilləri dərhal aradan qaldırır.
 
 
Sintszyan-Uyğur Muxtar rayonunun paytaxtı olan Urumçinin sakini sözügedən nəşrə bildirib ki, xidmətindən istifadə etdiyi mobil operator ona 2 saat sonra mobil nömrəsinin söndürüləcəyi ilə bağlı bildirişdən ibarət SMS mesajı göndərib. Mobil operator bu addımını polisin tələbi ilə izah edib. Hüquq-mühafizə orqanlarından qadına bildiriblər ki, bloklanmanı aradan qaldırmaq üçün «VPN» serverlərdən istifadə edənlərə və «WhatsApp» və ya «Telegram» kimi messencer proqramlarını yükləyənlərə qarşı  bu cür tədbirlər görülür.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 885

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024