12px13px15px17px
Tarix:26/11/15

“5G” şəbəkəsində sınaqlar üçün yeni texnologiya təqdim olunub

Yaponiyanın “NTT DOCOMO” mobil rabitə operatoru İsveçin "Ericsson” şirkətinin yeni “5G Radio Prototypes” məhsullarının köməyi ilə beşinci nəsil rabitə texnologiyasının (5G) ilk sınaqlarına başlayacaq. 
 
Bildirilir ki, “5G Radio Prototypes” hazırda ABŞ, Yaponiya, Cənubi Koreya və İsveçin operator şəbəkələrində “5G” texnologiyalarının sınaqları üçün tətbiq edilən "Ericsson 5G Radio Test Bed” sınaq sistemlərini əvəz edəcək. “Ericsson 5G Radio Prototypes” hazırlanan zaman sınaq sistemindən istifadə təcrübəsi nəzərə alınıb. Belə ki, yeni məhsullar daha çox gücə malik olmaqla kiçik ölçülüdür.
 
“Ericsson 5G Radio Prototypes” məhsulunda aşağıdakı texnologiyalardan istifadə edilir:  
Məlumatları eyni anda çoxlu istifadəçiyə ötürməyə imkan verən çoxistifadəli "MIMO” (MU-MIMO) sistemləri;
 
Daha yüksək tezlik diapazonlarında işi təmin edən, şəbəkələrin buraxılış qabiliyyətini artıran və enerji sərfiyyatını azaldan "beamforming” texnologiyası;
 
128 antena və 64 radio kanaldan ibarət antena sistemləri.
 
Həmçinin qeyd olunur ki, “5G Radio Prototypes” şəbəkə funksiyalarının virtuallaşdırılması (NFV) üçün əlavələr ilə asanlıqla inteqrasiya olunur, şəbəkələrin seqmentlərə bölünməsi isə “5G”-dən istifadə imkanlarını genişləndirir. Prototiplərin daşınmasını və quraşdırılmasını sadələşdirmək üçün onlar kompakt form-faktora malik olmaqla çəkisi 18 kq təşkil edən çamadanda yerləşir.
 
“5G” sistemlərinin 2020-ci ildə istifadəyə verilməsi, 2016-cı ildə isə kommersiya şəbəkələrində sınaqlarına başlanılması nəzərdə tutulur. Beşinci nəsil rabitə şəbəkəsinin bütün mobil şəbəkəyə təsir göstərəcəyi bildirilir.
 
Bu səbəbdən operatorlar yeni texnologiyaların laboratoriya sınaqları ilə kifayətlənməyərək hazırda fəaliyyət göstərən şəbəkələrdə sınaqlara böyük diqqət yetirirlər, - "cnews.ru” yazır.



Baxış sayı: 807

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024