12px13px15px17px
Tarix:27/11/15

"GSM” və “LTE” şəbəkələrində “Əşyalar interneti” texnologiyalarının sınaqları keçirilir

"Ericsson" və "Orange" şirkətləri mobil "Əşyalar interneti"nin (Cellular IoT) "GSM" və "LTE" şəbəkələrində fəaliyyəti üçün optimallaşdırılan şəbəkə funksionalının və ucuz sadələşdirilmiş qurğuların sınaqlarına başlayıb.

 
Bildirilir ki, mobil şəbəkələrin "IoT" qurğuların fəaliyyəti üçün optimallaşdırılması 2017-ci ildə nəzərdə tutulur. "Ericsson Mobility Report"un hesabatına görə, "IoT" seqmenti yüksək templərlə artır və 2012-ci ilədək "Əşyalar interneti"nə 28 milyard qurğu qoşulacaq. Texnologiyanın geniş yayılması üçün mobil şəbəkələrin modernləşdirilməsi tələb olunur ki, onların müəyyən tələblərə uyğunlaşdırılmasına nail olunsun.

 
Yenidən hazırlanan şəbəkə funksionalı və qurğular funksionalı hazırda "3GPP" tələblərinə uyğunluğu üçün standartlaşma prosesindən keçir.

 
"EC-GSM" şəbəkəsinin ilk sınaqlarının Fransada 900 MHs diapazonunda keçirilməsi planlaşdırılır. Sınağın məqsədi dinamik diapazonu maksimum 20 desibelədək genişləndirməkdən və ya məlumatların ötürülməsi üçün yüksək sürətin tələb olunmadığı əlavələr üçün əhatə dairəsini 7 dəfə artırmaqdan ibarətdir. Bu, "GSM" şəbəkəsinin əhatə dairəsini çoxsaylı "ağıllı" sayğacların quraşdırıldığı binaların zirzəmilərinə və sensorların kənd təsərrüfatında və ya məsafəli monitorinq infrastrukturunun yaradılmasında istifadə olunduğu ucqar yerlərə yaymağa imkan verəcək.

 
"EC-GSM" şəbəkəsinin təşəkkülü qurğuların funksionallığını sadələşdirməyə və xərcləri azaltmağa imkan verəcək ki, bununla da "Əşyalar interneti"nin genişmiqyaslı tətbiqi üçün şərait yaradılacaq.

 
Şəbəkənin digər üstünlüyü Fransa ərazisində "IoT"-un əhatə dairəsi üçün əlavə investisiyalarsız mövcud mobil şəbəkələrin modernləşdirilməsi imkanına malik olmasındadır, - "CNews" yazır.
 



Baxış sayı: 474

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024