12px13px15px17px
Tarix:30/11/15

Yemək hazırlamağı öyrədən «ağıllı» masa yaradılır

«IKEA» şirkətinin "ağıllı" masa konsepsiyası inqrediyentləri «tanıyaraq» reseptləri stolun səthinə proyeksiya edə bilər.
 
 
Bildirək ki, "ağıllı" masa konsepsiyası İsveçin «IKEA» şirkətinin mühəndisi tərəfindən patentləşdirilib. Sözügedən masa onun üzərinə qoyulmuş məhsulların şəklini çəkir, daha sonra onları «tanıyaraq» internetdə müvafiq kulinariya reseptləri axtarır. Məsləhətlər birbaşa masanın səthinə proyeksiya edilir.
 
 
«ICTnews » elektron xəbər xidməti «vestifinance.ru» saytına istinadən yazır ki, ideyanın müəllifləri ümid edirlər ki, belə masalar kütləvi istehsal edildikdə  onların qiyməti münasib olacaq.
 
 
«Freedonia Group» tədqiqat firmasının proqnozuna əsasən, bu ilin sonunadək qidanın hazırlanması üçün texnologiyalar bazarının həcmi 5,5 faiz artaraq 62 milyard dollara yaxınlaşacaq.
 
 
Emil Hüseynov
 
 



Baxış sayı: 609

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024