12px13px15px17px
Tarix:30/11/15

Avropa İttifaqı fərdi məlumatların emalı sahəsində şəffaflığa çağırır

Özəl şirkətlər istifadəçilərə onların fərdi məlumatlarının emalından imtina üçün imkan yaratmalıdırlar. Bu barədə məlumatların mühafizəsi üzrə Avropa inspektoru (European Data Protection Supervisor, EDPS) Covanni Butarelli bildirib. Ekspertin fikrincə, sahədə belə mexanizmlərdən istifadənin effektivliyinin və sadəliyinin təmini üçün çoxlu səy göstərilməlidir və yalnız bundan sonra təşkilat onların praktikada tətbiqini tövsiyə edə bilər.  
 
C.Butarellinin şərhləri iritutumlu məlumatlar sahəsinə və onun qarşılaşdığı problemlərə həsr edilən “EDPS” sənədində dərc edilib. Qeyd olunur ki, gələcəkdə təşkilatlar istifadəçilərin fərdi məlumatlarını onların birbaşa razılığı olmadan emal edə biləcəklər. Bu, şirkətlərin öz məhsullarının hazırlanması və yaxşılaşdırılması üçün məxfi informasiyadan istifadəyə zərurətin yaranması hallarına şamil edilir. Bununla bağlı qərarın qəbul olunması istifadəçilərin və təşkilatların maraqları arasında balansa riayət etməyə imkan verəcək.

 
Mütəxəssis, həmçinin fərdi məlumatların toplanması və emalı mexanizmindən imtina ilə bağlı narahatlığını ifadə edib. “Mütləq imtina o deməkdir ki, istifadəçi öz fərdi məlumatının emalı barədə xəbərdardır və istənilən anda bu prosedurun həyata keçirilməsini qadağan edə bilər”, - sənəddə qeyd olunur.

 
İnspektorun fikrincə, cəmiyyət şirkətlərin hansı şəraitdə istifadəçidən onun fərdi məlumatının emalı və hansı hallarda icazə olmadan informasiya toplamağa başlamaq üçün icazənin alınmasına qərar verməlidir, - "www.securitylab.ru” yazır. 



Baxış sayı: 751

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024