12px13px15px17px
Tarix:02/12/15

“Bakcell” şirkəti “LTE-Advanced” texnologiyasının tətbiqini genişləndirəcək

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti "Bakutel 2015" sərgisində bir sıra yeni innovativ xidmətlərin təqdimatını keçirib.

"ICTnews" elektron xəbər xidmətinin verdiyi məlumata əsasən, təqdimatda mobil telefonlar üçün plastik üzlüklər, müxtəlif kartlar çap etməyə imkan verən İnnovativ 3D çap texnologiyasını, 200 Mbps-dən yuxarı sürətlə internetə "LTE-Advanced" texnologiyası vasitəsi ilə qoşulma imkanı təqdim edən "4G+" xidmətini və s. servis və texnologiyaları nümayiş etdirilib.

Təqdimat çərçivəsində şirkətin rəhbəri Riçard Şirer bildirib ki, şirkət "4G" şəbəkəsini gələn ildən genişləndirmək niyyətindədir.
 
"Bu gün artıq "Bakcell"in LTE şəbəkəsi Bakı şəhərini tam əhatə edir, gələn ilin əvvəli isə biz artıq Abşeron yarımadasını tam olaraq əhatə edəcəyik. Bundan başqa, "LTE-Advanced" texnologiyasının tətbiqi sayəsində "4G+" xidmətlərinin əhatə dairəsini genişləndirəcəyik", - deyə o bildirib.




Baxış sayı: 488

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024