12px13px15px17px
Tarix:03/12/15

Bakıda “IE Venture Days” biznes konfransı və startap müsabiqəsi keçirilir

Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Yüksək Texnologiyalar Parkı tərəfindən "IE Venture Days" biznes konfransı və beynəlxalq startap müsabiqəsinin finalı keçirilir.

Tədbir çərçivəsində "UBER" şirkətinin MDB ölkələri üzrə direktoru Aleksey Stax "UBER"- uğur hekayəsi",  Şərqi və Mərkəzi Avropada fəal investorlardan biri olan Maks Qurvits "Startapa necə başlamaq?!", "Products & Startups for Code for America" şirkətinin direktoru Leyn Beker "Mobil və veb texnologiyaların inkişafı - Silikon Vadisindən baxış" mövzusunda məruzə və təqdimatlarla çıxış ediblər.

Tədbirin gedişatında Amerika Ticarət Palatası, "Facebook", "Microsoft" kimi təsisatların nümayəndələrinin çıxışları nəzərdə tutulub.

Biznes-konfrans çərçivəsində Azərbaycanın İKT-də Qadınlar Klubu -  "Femmes Digitales" ayrıca panel müzakirələr təşkil edib. Bu müzakirələrdə Azərbaycandan, Ukraynadan və Estoniyadan olan işgüzar xanımlar İKT sahəsində qadınların rolu və uğurlu biznes layihələri haqda bəhs ediblər.

Qeyd edək ki, biznes konfransla yanaşı, "IE Venture Day Baku" müsabiqəsi də keçirilir və 12 ən güclü startap komandası əsas mükafatlar uğrunda mübarizə aparıblar.

Finala çıxan komandaların beşi Azərbaycanı təmsil edib. Bunlar "Offerbee", "Cready", "Appol", "Noob", "Healthbook" komandaları olub.

 12 ən güclü startap komandasının əsas mükafatlar uğrunda mübarizəsində  birinci yerin qalibi  Belarusun "Payment Fare Wall"  startapı olub və Madriddə keçiriləcək final yarışmada iştirak hüququ əldə edib.
 
İkinci yerin sahibi olan  İspaniyanın "Pawer" startapı isə "IE Business School"da ödənişsiz təhsil almaq hüququ qazanıb.

Beynəlxalqı müsabiqədə Azərbaycanın "NoObs" startapı uğur qazanmağa müvəffəq olub. Üçüncü yerin sahibi olan komandamız  Avropa inkubasiya mərkəzlərindən birində  3 aylıq inkubasiya müddəti keçmək imkanı əldə edib.
 
Qaliblər Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tərəfindən təntənəli şəkildə təltif olunublar.

 
Aynur Vəliyeva



Baxış sayı: 880

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024