12px13px15px17px
Tarix:04/12/15

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi “Bakutel 2015” sərgisində innovativ materiallar nümayiş etdirir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi (YTTM) əldə etdiyi elmi nəticələri "Bakutel 2015" sərgisində nümayiş etdirib.

 

Bura, əsasən mərkəzdə alınan innovativ materiallar və onların əsasında prototipləri daxil olub.  Sərgidə YTTM-də aparılan sistemli araşdırmalar nəticəsində yüksək təmizlik dərəcəsinə malik bir və çoxdivarlı karbon nanoborularının (KNB) alınma texnologiyası barəsində ətraflı məlumat verilib.

 

Bundan əlavə olaraq, "Bakutel 2015" sərgisində Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində  alınan keramika /karbon nanoboru əsasında yüksək elektrik və istilikkeçirici nanokompozit materiallar da nümayiş etdirilib. Bu materiallar da tikinti sənayesi və LED texnologiyasında böyük perspektiv vəd edir.

 

Həmçinin qeyd edilməlidir ki, YTTM-də karbon nanoboru əsasında yüksək istilikkeçirici suspnziya məhlulları alınıb. Bu da avtomobil sənayesi, soyuducu sistemli bütün qurğularda istifadə üçün yeni materiallardır. Onların da nümayişi sərgiyə gələn həm yerli, həm də xarici ziyarətçilərin diqqətini çəkib.





Baxış sayı: 1262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024