12px13px15px17px
Tarix:07/12/15

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər miqrasiya ilə bağlı elektron qaydada müraciət edə bilərlər

Dövlət Miqrasiya Xidmətinin (DMX) Şəki regional miqrasiya idarəsinin əhatə etdiyi Qaxda vətəndaşlar və mətbuat nümayəndələri üçün təşkil etdiyi “Açıq qapı günü” - vətəndaş forumunda miqrasiya sahəsində həyata keçirilən elektronlaşma işlərindən də danışılıb.
 
Tədbirdə  DMX-də informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafı, yeni hesabat altsistemi proqram təminatının hazırlanması, informasiya sistemlərinin yaradılması məqsədilə kompleks tədbirlər, o cümlədən istər vətəndaşların, istərsə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbulu barədə xidmət əməkdaşı təqdimatla çıxış edib.
 
Ümumiyyətlə, qurumun istifadəyə verdiyi 10-u “Elektron hökumət” portalına qoşulmuş 11 elektron xidmətdən istifadə qaydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb.
 
Məlumat verilib ki, Azərbaycan Prezidentinin 2009-cu il 6 fevral tarixli  sərəncamına əsasən fəaliyyəti təmin edilən Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət olunur, bu da ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verir.
 
CAHANGİR



Baxış sayı: 543

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024