12px13px15px17px
Tarix:07/12/15

“GoMap”ın yeni versiyası üzərində işlərə başlanılıb

Azərbaycanın aparıcı İT şirkətlərindən biri olan “Sinam” “GoMap” elektron xəritə portalında  istifadəçilərinə yenilik təqdim etməyə hazırlaşır.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, belə ki, “GoMap” layihəsi çərçivəsində portalın yeni versiyasının üzərində işə başlanılıb.
 
Yeni versiya sadə interfeysi və yeni funksionallıqları ilə hər bir istifadəçinin diqqətini cəlb edəcək. Portalın yenilənməsində istifadəçilər də iştirak edə bilərlər, bunun üçün şirkətin hazırladığı portalın beta versiyasına daxil olub fikir və rəyləri bildirmək yetərlidir.
 
 
Xatırladaq ki, “GoMap.az” layihəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə “Sinam” şirkəti tərəfindən icra edilir.
 
 
“GoMap” elektron xəritəsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında “bulud” texnologiyaları əsasında yaradılmış ilk resurslardan biridir. Xəritəyə marşrutun hamarlanması funksiyası, tarix və mədəniyyət abidələrinin fotoları və təsvirləri daxildir.
 
 
Aynur Vəliyeva


 



Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024