12px13px15px17px
Tarix:08/12/15

Alimlər: “İnsanlar smartfonlara ildə 49 gün vaxt sərf edirlər”

Avstriyalı alimlərin hesablamalarına görə, smartfonlar ildə təxminən 49 gün vaxtımızı alır.
 
 
«ICTnews» elektron xəbər xidməti «qwrt.ru» resursuna istinadən yazır ki, statistikaya əsasən, 16-30 yaşlı istifadəçilər gün ərzində təxminən 150 dəfə smartfonun displeyinə nəzər salır. 46-65 yaşlı insanlarda müvafiq göstərici iki dəfə azdır, amma onlar gündə buna təxminən 1,5 saat sərf edirlər. Gənclər isə smartfonlarla təxminən 3,2 saat vaxt keçirirlər.
 
 
Avstriyanın «TNS» şirkətinin direktoru Alister Litvud bildirib ki, bu göstəricilər ondan xəbər verir ki, insanlar həyatdan zövq almaq, darıxmaq  və öz düşüncələri ilə baş-başa qalmaq hisslərini unudublar. Onun əvəzində sosial şəbəkələrdə dərc edilmiş xəbərlərə saatlarla vaxt sərf etməyə hazırdırlar.
 
 
Emil Hüseynov




Baxış sayı: 493

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Aprel 2024

15 04 2024