12px13px15px17px
Tarix:08/12/15

2016-cı il dövlət büdcəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə xərclər 2 168 495 manat təşkil edəcək

2016-cı il dövlət büdcəsində ümumi dövlət xidmətləri istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 2 168 495 manat müəyyənləşdirilib.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu üzrə nəzərdə tutulan xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 381 968 manat təşkil edir.

 

Rabitə sahəsi üzrə nəzərdə tutulan xərclərin digər istiqaməti tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun nizamnamə kapitalının artırılmasıdır və bu məqsədilə xərclərin məbləği 4 000 000 manatdır.

 

Həmçinin rabitə istiqaməti üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzrə xərclər, o cümlədən  mərkəzləşdirilmiş xərclər 3 612 852 manat müəyyənləşdirilib.

 

Universal poçt rabitəsi xidmətinin göstərilməsi və digər tədbirlərlə bağlı yaranan zərərin örtülməsi məqsədilə xərclər 3 496 917 manat nəzərdə tutulub.

 

İnformasiya ehtiyatları və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin aparılması üçün büdcədə nəzərdə tutulan xərclərin məbləği isə 115 935 manat təşkil edir.

 

Həmçinin nəqliyyat, rabitə, informasiya, kommunikasiya sahələrində islahatların aparılması və digər tədbirlər üçün xərclərin məbləği, o cümlədən mərkəzləşdirilmiş xərclər 28 000 000 manatdır.

 

Qeyd edək ki, xərclər üzrə nəzərdə tutulan vəsaitlər "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə respublika prezidentinin 7 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiqlənib. Fərman 2016-cı il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.

Həqiqət İSABALAYEVA





Baxış sayı: 711

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 İyul 2019

15 07 2019

15/07/19
“Microsoft” qeyri-aktiv hesabları ləğv edəcək

“Microsoft” korporasiyası qeyri-aktiv hesabları ləğv etməyə başlayacaq. Bu barədə ABŞ korporasiyasının rəsmi saytında deyilir.

15/07/19
Fərdi kompüterlərin qlobal tədarükü 5 faiz artıb

Cari ilin ikinci rübündə dünyada ənənəvi fərdi kompüterlərin tədarük həcmi 4,7 faiz artaraq 64,9 milyon ədədə çat

15/07/19
“Microsoft Word” proqramının “Android” üçün tətbiqi 1 milyard dəfə quraşdırılıb

“Microsoft” korporasiyası bu yaxınlarda öz mobil proqramlarının irəliləyişində 

15/07/19
Gəncədə məcburi köçkünlər üçün salınmış qəsəbə telefonlaşdırıldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti 

15/07/19
“WhatsApp” göndərilmiş şəkli redaktə edəcək

“WhatsApp” messencerinin istifadəçiləri göndərilmiş şəkilləri redaktə edə biləcəklər

15/07/19
“Xiaomi” şirkəti Avropada yeni elmi tədqiqat mərkəzi açır

Çinin “Xiaomi” şirkəti Avropa ərazisində yeni elmi tədqiqat və təcrübi-konstruktor mərkəzi yaradacaq

15/07/19
İlk kompüter parolunun ixtiraçısı vəfat edib

Kompüter üçün ilk məşhur parolun ixtiraçısı hesab edilən Fernando Korbato 93 yaşında dünyasını dəyişib

15/07/19
“Google” istifadəçilərin səsli komandalarına qulaq asıldığını etiraf edib

“Google” korporasiyasının mütəxəssisləri istifadəçilər tərəfindən mobil qurğularda səsli köməkçiyə verilən komanda