12px13px15px17px
Tarix:09/12/15

Düşüncənin gücü ilə idarə olunan avtomobil hazırlanıb

Çinin Nankay Universitetinin mühəndisləri «Great Wall» şirkəti ilə birlikdə düşüncənin gücü ilə idarə olunan avtomobil yaradıblar.
 
 
İstehsalçılar belə nəqliyyat vasitəsinin yaradılmasına 2 il vaxt sərf ediblər. Avtomobil hələ ki yalnız bəzi funksiyaları yerinə yetirə bilir. Belə ki, sürücü beyin impulslarının köməyi ilə avtomobili irəli və geri istiqamətdə hərəkət etdirə, onun hərəkətini dayandıra, həmçinin qapıları aça və bağlaya bilər.
 
 
«ICTnews» elektron xəbər xidməti «TechInsider» nəşrinə istinadən xəbər verir ki, mühəndislər əlillərin də avtomobilin sükanı arxasında əyləşməsi üçün belə avtomobil yaradıblar. 
 
 
Avtomobildə qurulmuş xüsusi qurğu sürücünün beyin impulslarını oxuyaraq nəqliyyat vasitəsinə ötürür.
 
 
Emil Hüseynov



Baxış sayı: 1376

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024