12px13px15px17px
Tarix:09/12/15

Elektron elm böyük həcmli verilənlərin “generatoru” rolunu oynayır

"Elektron elm böyük həcmli verilənlərin "generatoru" rolunu oynayır".
 
Bu fikri AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) böyük həcmli elmi verilənlərin problemləri ilə bağlı aparılan araşdırmaların nəticələrindən danışan İTİ-nin şöbə müdiri Təhmasib Fətəliyev bildirib.
 
T.Fətəliyev elmi seminarda verilənlərin həcminin əhəmiyyətli dərəcədə artdığını, onların elmdə rolunun hər zaman mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Mütəxəssisin sözlərinə görə, bu baxımdan elmi verilənlərin qeydiyyatı, emalı və analizi aktual məsələlərdəndir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 762

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024