12px13px15px17px
Tarix:10/12/15

İşgüzar ünsiyyət üçün yeni proqram istifadəyə veriləcək

«Röyters» agentliyinin yaydığı məlumata əsasən, «Facebook» şirkəti yaxın aylarda şirkətlərin əməkdaşlarının biznes məsələləri üzrə ünsiyyəti üçün yeni veb layihə - «Facebook at Work» korporativ sosial şəbəkəsini istifadəyə verəcək.
 
Yeni xidmət sayəsində müxtəlif şirkətlərin əməkdaşları ünsiyyət saxlamaq, sənədlərlə mübadilə etmək, həmçinin işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Agentliyin məlumatına görə, hələ cari ilin yanvarından yeni xidmətin sınaqlarına başlanılıb.
 
 
Yeni layihənin dizaynı «Facebook»u xatırladacaq: xəbər lenti, dialoqlar və «layk»lar. Həmçinin şirkət hər bir istifadəçidən sözügedən sosial şəbəkənin əlavə imkanlarına giriş üçün aylıq ödəniş nəzərdə tutub.
 
 
Bildirək ki, «Facebook» sosial şəbəkəsinin aylıq auditoriyası 1,19 milyard nəfərdən ibarətdir.
 
 
Emil Hüseynov

 



Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024