12px13px15px17px
Tarix:14/12/15

Nəhəng İT şirkətləri süni intellektin inkişafına 1 milyard dollar ayırıblar

Nəhəng İT şirkətlərinin direktorlarının məlumatına əsasən, bəşəriyyətin rifahı naminə süni intellektin inkişafı ilə məşğul olan «OpenAI» qeyri-kommersiya təşkilatının işinə 1 milyard dollar məbləğində vəsait ayrılıb.
 
«Tesla Motors» və «SpaceX» şirkətlərinin baş direktoru İlon Mask, «Paypal»ın həmtəsisçisi Piter Til, həmçinin «Amazon Web Services» və Hindistanın «Infosys Tech» telekommunikasiya nəhənginin rəhbərliyi donorlar sırasında yer alıblar.
 
«ICTnews» elektron xəbər xidməti «belta.by» resursuna istinadən yazır ki, bu halda «OpenAI» təşkilatının rəhbərliyi bildirib ki, yaxın illərdə keçiriləcək tədqiqatlara bu məbləğin az bir hissəsi sərf olunacaq.
 
"İnsan ağlı səviyyəsində olacaq süni intellektin cəmiyyətə xeyrini, eyni zamanda ziyanını qiymətləndirmək çətindir", - «OpenAI» təşkilatının nümayəndəsi bildirib.
 
"Süni intellekt insan iradəsinin təbii inkişafı olmalıdır və mümkün olacaq dərəcədə geniş, azad və təhlükəsiz yayılmalıdır", - müəlliflər öz fikrini belə izah ediblər.
 
Emil Hüseynov




Baxış sayı: 535

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024