12px13px15px17px
Tarix:14/12/15

Milli İnternet Mükafatının yekun səsverməsi başa çatıb

“Milli İnternet Mükafatı - Milli Net 2015” müsabiqəsində 10 gün davam edən yekun səsvermə prosesi başa  çatıb. Səsvermənin 2-ci mərhələsi ərzində “Milli Net”in 3 istiqamət üzrə formalaşdırılan 15 münsifdən 12-si səsverməni uğurla başa vurub. Münsiflər 299 sayt içərisindən  nominant statusu qazanan 97 saytı qiymətləndiriblər. Mobil tətbiqlər  üzrə nominantları 3 ekspert qiymətləndirib.   
Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib. Onlardan  yalnız qaydalara uyğun olan 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Birinci mərhələdə 299 saytın qiymətləndirilməsində 14 münsif  iştirak edib.
 
 
“Milli Net 2015” qaliblərinin adları  Milli İnternet Mükafatının ənənəvi yekun  təqdimat mərasimində açıqlanacaq. Yekun təqdimat mərasimi 17 dekabr tarixində Bakı Biznes Mərkəzində keçiriləcək. Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
 
Müsabiqədə 14 nominasiyanın hər biri üzrə qalib gələnlərə “Milli Net”in xüsusi mükafatı – hörümçək əks olunan buta təqdim olunacaq.
 
2-ci və 3-cü yerlərin qaliblərinə diplomlar təqdim olunacaq.
 
Qaliblərə, həmçinin “BestComp” şirkəti və “Aromania.az”ın hədiyyələri təqdim olunacaq.
 
Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dəstək verir.
Müsabiqənin baş sponsoru “Azercell” şirkətidir.
 
“Delta Telecom” və “BestCom” şirkətləri də Milli İnternet Mükafatına dəstək verirlər.
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024