12px13px15px17px
Tarix:15/12/15

«Ağıllı» geyimlər «CES 2016» beynəlxalq istehlak sərgisinin əsas yeniliyi olacaq

2016-cı ilin yanvarında ABŞ-ın Las-Veqas şəhərində illik «Consumer Electronics Show» («CES») istehlak elektronikası sərgisi keçiriləcək və bazar ekspertləri artıq aparıcı istehsalçılar tərəfindən təqdim olunacaq yeniliklər barəsində proqnoz verirlər. Analitiklərin fikrincə, daşınan cihazlar beynəlxalq sərginin əsas yeniliklərindən biri olacaq.
 
«ICTnews» elektron xəbər xidməti «dailycomm.ru» resursuna istinadən yazır ki, «Creative Strategies» konsaltinq firmasının direktoru Tim Bajarin «EE Times» nəşrinə müsahibəsində bildirib ki, o, beynəlxalq tədbirdə "ağıllı" geyim sahəsində maraqlı həllər görməyə ümid edir.
 
Onun sözlərinə görə, idman sənayesini təmsil edən istehsalçıların əksəriyyəti daxili sensorla təchiz edilmiş müxtəlif baş geyimləri, köynəklər, hətta şortlar nümayiş etdirəcəklər ki, onların köməyi ilə məşq zamanı istifadəçinin aktivlik göstəricilərini izləmək mümkün olacaq.
 
Emil Hüseynov




Baxış sayı: 571

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024