12px13px15px17px
Tarix:15/12/15

“Sabahın alimləri” V Respublika müsabiqəsinə şagirdlərin onlayn qeydiyyatı başa çatmaqdadır

“Sabahın alimləri” V Respublika müsabiqəsinə onlayn şəkildə aparılan şagirdlərin qeydiyyatı dekabrın 25-də tamamlanacaq.
 
“Intel İSEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilən müsabiqə 2016-cı il 11-13 fevral tarixlərində baş tutacaq.
 
“Sabahın alimləri” V Respublika müsabiqəsi keçirilən müddətdə şagirdlərin  elmi fəaliyyəti ilə məşğul olan müəllimlər, şagirdlərin elmi rəhbərləri və direktorlar üçün “İntel” Təlim Akademiyası fəaliyyət göstərəcək. Həmin Akademiyada keçiriləcək treninqlərdə iştirak etmək istəyənlər 15 yanvar tarixinədək müsabiqənin saytında onlayn qeydiyyatdan keçməlidirlər.
 
 
“Sabahın alimləri” ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar  edilməsi, həmçinin ciddi elmi  tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəbliləri seçilib.
 
ABŞ-da keçirilən “Intel İSEF” – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsi məqsədi daşıyır. Müsabiqənin kateqoriyalarına kompüter elmləri, riyaziyyat, mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.) və digər istiqamətlər daxildir.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1460

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024