12px13px15px17px
Tarix:16/12/15

Elektron proqram təminatı vasitəsilə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb

Sumqayıt şəhərində Abşeron və Qubadlı rayonlarının, Sumqayıt şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Diaqnostik qiymətləndirmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi, onların dərs yükü normasını və əməkhaqqını artırmaqla maddi rifahının yaxşılaşdırılması, eləcə də qiymətləndirmənin nəticəsi əsasında inkişafyönümlü təlimlərə cəlb edilməsidir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanları elektron proqram təminatı vasitəsilə keçiriləcək.
 
Bununla da imtahan iştirakçılarının sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, imtahanın vaxtını monitorda izləmək, ekrandakı elektron kalkulyatordan istifadə etmək kimi imkanları yaranacaq. Kalkulyator, mobil telefon, pərgar və sair kimi əşyaların imtahana gətirilməsi qadağandır.
 
 
Təhsil Nazirliyindən qeyd edilib ki, qiymətləndirilmədə iştirak edəcək müəllimlərin İKT bilik və bacarıqlarını təkmilləşdirmək üçün bölgələrdə müvafiq təlim mərkəzləri yaradılıb və müəllimlər təlimlərə cəlb edilməkdədirlər. Bununla əlaqədar, müəllimlərin yerli təhsili idarəetmə orqanına müraciət etmələri tövsiyə olunur.
 
Eyni zamanda imtahan zamanı nəzarətçilər imtahan iştirakçılarına bu qisim dəstəyin göstərilməsini təmin edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA




Baxış sayı: 1114

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024