12px13px15px17px
Tarix:16/12/15

Avropa İttifaqında internetdə məlumatların mühafizəsinə dair yeni qaydalar razılaşdırılıb

Avropa İttifaqı (İT) internetdə məlumatların mühafizəsi üzrə vahid standartlar tətbiq etməyə hazırlaşır. Çərşənbə axşamı Aİ-yə üzv dövlətlərin, Avropa Parlamentinin və Avropa Komissiyasının nümayəndələri dörd il davam edən danışıqlardan sonra bununla bağlı müvafiq razılığa gəliblər.
 
Bildirilir ki, istifadəçilər gələcəkdə xüsusilə “Google” və “Facebook” şəbəkələrində öz məlumatları üzərində daha çox nəzarət imkanı əldə edərək özlərinə aid informasiyanı çox asanlıqla silə biləcəklər.
 
Avropa KİV-nin ilin vacib qərarı adlandırdığı yeni qaydaların 2017-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir. Qaydalar 1995-ci ildən qüvvədə olan normaları əvəz edəcək.
 
“Yeni Avropa qanunları həm vətəndaşlar, həm də biznes üçün əlverişlidir. Hamı rəqəmli dövrün tələblərinə uyğun qaydalardan faydalanacaq”, - Avropa Komissiyasının ədliyyə məsələləri üzrə nümayəndəsi Vera Yurova deyib.
 
“Right to be Forgotten”  (“Unudulmaq haqqı”) qanunu Avropanın fərdi məlumatlar haqqında qanunvericiliyinin əsasını təşkil edir.
 
Yeni qanunları pozacaq provayderləri illik mədaxilin 4 faizi həcmində cərimə gözləyir. Pozuntular sırasına fərdi məlumatlardan qanunsuz istifadə, həmçinin istifadəçinin icazəsi olmadan məlumatların ələ keçirilməsi daxildir.
 
Qaydalara görə, şirkətlər milli tənzimləyici orqanları 3 gün ərzində informasiya sızmasının baş verməsi barədə məlumatlandıracaq. Aİ-nin bu tələbi ABŞ hakimiyyətinin təklifindən daha sərtdir.
 
Avropa qaydaları Aİ ölkələrində müştəri və istifadəçilərə malik bütün şirkətlərə şamil edilir, - "Interfax” yazır. 




Baxış sayı: 326

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020