12px13px15px17px
Tarix:17/12/15

Kompüter “maus”unun hərəkəti nəticəsində insanın əhval-ruhiyyəsini müəyyənləşdirmək mümkündür

ABŞ-ın Briqama Yanqa Universitetinin professoru Ceffri Cenkins əmindir ki, qəzəb və bir sıra başqa mənfi emosiyalar insanı əlləri ilə daha çox hərəkət etməyə vadar edir. Bu halda “maus”un  kursoru tərəfindən formalaşdırılmış "təsvir" dəyişir, daha xaotik şəkil alır və kursorun hərəkət sürəti kəskin artır.
 
“ICTnews” elektron xəbər xidməti “medvesti.com” resursuna istinadən xəbər verir ki, “maus”un hərəkəti haqda çox asanlıqla informasiya toplamaq mümkündür.
 
Bundan ötrü istifadəçinin kompüterinə xüsusi proqramı quraşdırmaq kifayətdir. Yüzlərlə insanın məlumatını emal edərək onların əhval-ruhiyyəsini təxmin etmək olar.
 
Emil Hüseynov




Baxış sayı: 671

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024