12px13px15px17px
Tarix:21/12/15

“Microsoft” Çin hökuməti üçün “Windows 10” sistemini hazırlayacaq

ABŞ-ın “Microsoft” korporasiyası Çin Xalq Respublikasının hökuməti üçün “Windows 10” əməliyyat sistemini hazırlamağı planlaşdırır.

Rəsmi məlumata görə, proqram nəhənginin bu addımı Çin bazarında öz iştirakını gücləndirmək məqsədi ilə həyata keçirilir.

Sözügedən sistemin hazırlanması zamanı Çinin yerli ənənə və normativ tələbləri nəzərə alınacaq.
 
 
“ICTnews” elektron xəbər xidməti “planet-today.ru” resursuna istinadən xəbər verir ki, cari ilin payızında “Microsoft” tərəfindən “China Electronics Technology Group”un dəstəyi ilə yaradılmış “C&M Information Technologies” birgə müəssisəsi əməliyyat sisteminin xüsusi versiyasının dəstəyi və inkişafı ilə məşğul olacaq.
 
ABŞ korporasiyasının rəsmi məlumatına əsasən, “Windows 10” platformasının dövlət variantı Çin hökuməti ilə razılaşdırma prosedurundan  keçməli olacaq.
 
Emil Hüseynov



Baxış sayı: 692

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024