12px13px15px17px
Tarix:21/12/15

Dünyanın 20 ən parlaq ideyasından biri seçilən Azərbaycan startapı daha bir beynəlxalq yarışa qatılacaq

CNBC korporasiyası tərəfindən dünyanın 20 ən parlaq ideyaya malik startapı siyahısında yer alan Azərbaycanın "BethClip" layihəsi üzərində dəyişikliklər ediləcək.
 
Layihənin ideya sahibi və rəhbəri Rəşid Əliyev "ICTnews" Elektron Xəbər Xidmətinə bildirib ki, dəyişikliklər qlobal səviyyədə texnoloji xidmətlər göstərən " Telcovision Group" investor şirkəti tərəfindən irəli sürülən tələblərlə bağlıdır.
 
"Telcovision Group"-un 20 min dollar həcmində layihəyə yönəltdiyi sərmayənin iki hissədə istifadə edilməsi nəzərdə tutulur. Birinci hissədə proqram təminatında tələb olunan dəyişikliklər ediləcək.
 
Buraya "Android", iOS və "Windows" klientlərinin (cihazlarda (telefon, planşet və s.) və kompüterdə servisdən istifadə etmək üçün olan tətbiqlər) stabil versiyasının hazırlanması; OSX (Mac) versiyasının yaradılması; sosial inteqrasiya; ödəniş sisteminin hazırlanması; ödənişli xidmətin başladılması, digər platformalarla qarşılıqlı əlaqə daxildir.
 
 
İkinci mərhələdə isə marketinq və istifadəçi bazasının genişləndirilməsi planlaşdırılır.
 
 
 İlk mərhələnin 2 ay ərzində tamamlanması, proqram təminatının yoxlanılması və işə salınması, növbəti mərhələnin isə 3 ay ərzində davam etdirilməsi nəzərdə tutulur.
 
 "BethClip" – "bulud" texnologiyaları əsasında qurulmuş özək üzərində, müxtəlif platformalar və cihazlar arasında çalışan, bir klik vasitəsilə cihazın "clipboard"ındakı mətn, şəkil və ya istənilən məlumatın digər cihaz(lar)a ani ötürülməsini təmin edən proqram tipli xidmətdir.
 
 
Qeyd edək ki, "BethClip" qlobal məkanda rəqabətli və perspektivli startapları müəyyənləşdirmək məqsədilə təşkil edilən "GEW 50"-də - "Startup Open" yarışında 800 layihədən finala qalmış 50 layihədən biri olaraq,  2016-cı ilin martında Kolumbiyanın Medellin şəhərində Qlobal Sahibkarlıq Konqresində yarışacaq.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 899

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024