12px13px15px17px
Tarix:25/12/15

Sosial şəbəkələrdən asılılığın səbəbləri müəyyən edilib

Amerikalı psixoloqlar sosial şəbəkələrin insan həyatına təsirini araşdırıblar. Araşdırmalar nəticəsində insanlarda "Facebook” sosial şəbəkəsindən asılılığın formalaşması səbəbi müəyyənləşdirilib.
 
“ICTnews” elektron xəbər xidməti “www.dni.ru ” resursuna istinadən yazır ki,  ABŞ-da keçirilmiş illik “NCA” konfransında müxtəlif ölkələrdən olan  alimlər sosial şəbəkələrin insan həyatına təsirini müzakirə ediblər. Məlum olub ki, müəyyən fərdi xüsusiyyətlərə malik insanlar “Facebook” sosial şəbəkəsindən asılılığa daha meyillidirlər.
 
Bu kateqoriyaya özləri haqda yüksək fikirdə olmayan insanlar daxildir. Alimlərin sözlərinə görə, sosial şəbəkədən asılılıq insanlara alkoqol və ya narkotik kimi mənfi təsir göstərmir.
 
Həmçinin alimlər bu tip asılılıqdan əziyyət çəkən insanların daha yumşaq xarakterə və pis yaddaşa malik olduqlarını müəyyən ediblər.
 
Emil Hüseynov




Baxış sayı: 957

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024