12px13px15px17px
Tarix:25/12/15

Şifrənin təhlükəsizlik səviyyəsini necə müəyyən etmək olar?

Hər bir istifadəçi hesabının, xüsusən maliyyə proqramlarının təhlükəsizliyini qorumaq üçün unikal şifrələrdən istifadə etmək lazımdır.
 
Təəssüf ki, istifadəçilər çox vaxt asanlıqla tapıla bilən simvollar kombinasiyasından istifadə edərək şifrənin təhlükəsizlik səviyyəsinə bir o qədər əhəmiyyət vermirlər.
 
"ICTnews" elektron xəbər xidməti "psm7.com" resursuna istinadən yazır ki, "Kaspersky Lab" şifrənin təhlükəsizlik səviyyəsini yoxlamaq üçün onlayn xidmət  yaradıb. Saytda rəqəm və hərflərdən ibarət şifrəni daxil edərək hakerin sizin şifrənizə müdaxilə müddətini öyrənmək mümkündür.

"Kaspersky Lab" xəbərdarlıq edir ki, bu xidmət yalnız tanışlıq məqsədi ilə yaradılıb, şifrələr verilənlər bazasında saxlanılmır.

Emil Hüseynov




Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024