12px13px15px17px
Tarix:06/01/16

“Microsoft”un yeni əməliyyat sistemi ilə işləyən qurğuların sayı 200 milyona yaxınlaşıb

"Microsoft" korporasiyasının nümayəndəsi bildirib ki, yeni "Windows 10" əməliyyat sistemi ilə işləyən qurğuların sayı 200 milyonu ötüb.
 
Xatırladaq ki, ötən ilin avqustunda bu göstərici 75 milyon, oktyabrda isə 110 milyonu ötüb. "Net Applications" analitik şirkətinin 2015-ci ilin sonuna olan məlumatına görə, "Windows 10" ilə işləyən fərdi kompüterlərin sayı 164 milyon təşkil edib.
 
 
"ICTnews" elektron xəbər xidməti "vesti.ru" resursuna istinadən yazır ki, sözügedən analitik şirkətin məlumatına görə, qlobal əməliyyat sistemləri bazarında "Windows 10" platformasının bazar payı 9,96 faiz təşkil edib ki, bu göstərici hələ ki "Windows 8.1"-dən (10,3 faiz) aşağıdır. Proqram nəhənginin nümayəndələri iddia edirlər ki, bazar payının artım tempinə görə yeni ƏS "Windows 7"-ni 140 faiz, "Windows 8" sistemini isə 400 faiz ötür.
 
Emil Hüseynov
 
 




Baxış sayı: 776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024