12px13px15px17px
Tarix:19/09/11

“Facebook” video və musiqi mübadiləsi üçün yeni platforma istifadəyə verəcək

“Facebook” sosial şəbəkəsi artıq bu həftə rəsmən öz yeni media platformasını təqdim etməlidir. Belə ki, yeni platforma sayəsində istifadəçilər sevimli musiqi, serial və filmləri asanlıqla mübadilə edə biləcəklər.

Bu barədə müxtəlif veb-mənbələrə istinadən “NYTimes” nəşri bildirib. Platformanın rəsmi elanının cümə axşamı, sentyabr ayının 22-də San-Fransiskoda keçən “F8” developers konfransında olacağı gözlənilir.

Müxtəlif şirkətlərdə bir sıra mənbələrə əsasən, “Facebook” öz istifadəçilərinə sosial şəbəkə daxilində bir çox xidmətlərin məzmunu ilə mübadilə etməyə imkan yaratmaq üçün onlar ilə saziş bağlayıb.

Xüsusilə söhbət “Spotify”, “Rhapsody”, “Rdio”, “MOG” və “Deezer” kimi müxtəlif musiqi xidmətləri haqqında gedir. Onlar artıq “Facebook” ilə razılaşma bağlayıblar. Həmçinin, yeni platformanın icrası zamanı “Vevo” musiqi videoservisindən məzmun (kontent) təqdim ediləcək.



Baxış sayı: 1079

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024