12px13px15px17px
Tarix:19/09/11

“Microsoft” da “Adobe Flash” texnologiyasından imtina edir

“Apple” şirkətinin ardınca “Microsoft” da mobil qurğularda “Flash” texnologiyasından imtina edir.

Korporasiyanın top menecerləri “Apple”-ın keçmiş rəhbəri Stiv Cobs ilə həmrəydirlər: bu texnologiya batareyanı tez boşaldır, haker hücumlarına məruz qalır və qeyri-stabildir.

“Microsoft”-un yeni “Windows 8” əməliyyat sisteminə “İnternet Explorer 10” səyyahının 2 versiyası daxil ediləcək, onlardan birincisi, “Metro Uİ” sensor interfeysinə, digəri isə klassik “Windows” interfeysinə uyğunlaşdırılacaq. “Metro Uİ” sensor interfeysinə uyğunlaşdırılacaq “İE10”-un versiyası “Adobe Flash Player” daxil olmaqla, plaqinləri dəstəkləməyəcək.

Bu barədə “Microsofot”-un “İnternet Explorer” səyyahının istehsalı üzrə vitse-prezident Din Haçamoviç məlumat verib.

“Microsoft” şirkəti “İE” səyyahında plaqinlərdən istifadənin tamamilə rədd edilməsini “Windows 8” əməliyyat sistemi quraşdırılacaq mobil qurğuların avtonom iş müddətini artırmaq, həmçinin sabitliyi və təhlükəsizlik səviyyəsini yüksəltmək istəyi ilə izah edib,.

"Plaqinlər veb-sahəsinin erkən inkişaf mərhələlərində mühüm rol oynayıblar. Lakin “HTML5”-in çıxışı ilə artıq çox şey dəyişib" - Haçamoviç hesab edir. Məsələn, mobil qurğular üçün “YouTube” videoportalı “Adobe Flash” texnologiyasından deyil, “HTML5”-dən istifadə edir.

“Microsoft”-un məlumatına əsasən, ən çox istifadə edilən plaqin “Flash Player”dir; təhlil edilmiş 97000 veb-sayt arasında “Flash” texnologiyası onlardan 62%-də istifadə olunub.

Bu halda qeyd edək ki, “Flash” texnologiyasının olduğu saytların xeyli hissəsi onsuz da işləyə bilərdilər, belə ki plaqinin yoxluğunda videonun translyasiyası “HTML5” standartlarının vasitəsi ilə həyata keçirilə bilər.

Beləliklə, şirkətdə hesab edirlər ki, “Flash” texnologiyasından imtina elə də təhlükəli deyil, axı bir çox hallarda onu müasir veb-standartlar əvəz edə bilər.



Baxış sayı: 1008

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024