12px13px15px17px
Tarix:18/01/16

Bütün regionların əhalisi “Daşınan şəhər telefon xidməti”ndən istifadə edə biləcək

Respublikanın bölgələrindən Bakıya və digər rayonlara pulsuz və limitsiz zəng etmək imkanı yaradan “585” – “Daşınan şəhər telefon xidməti” bütün rayonlarda tətbiq ediləcək. Bu xidmətə ötən ilin mart ayında başlanılsa da, regionlarda Elektron Avtomat Telefon Stansiyaları (EATS) müxtəlif olması səbəbindən bütün bölgələrin sakinləri bəhrələnə bilməyib. Yaxın vaxtlarda müvafiq avadanlıq qurulmaqla proqram təminatında dəyişiklik ediləcək. Bununla bağlı istehsalçı şirkətlə danışıq aparılaraq texniki şərtlər verilib. Qısa müddətdə proqram təminatında dəyişiklik edildikdən sonra xidmətə  Biləsuvar, Cəbrayıl (Məcburi köçkün şəhərciyi), Füzuli, Gədəbəy, Qəbələ, Qobustan, Saatlı, Siyəzən, Tərtər, İmişli, İsmayıllı, Lerik, Yardımlı, Neftçala və Zərdab rayon mərkəzləri də qoşulacaq. Daha sonra bu siyahıya  kəndlər də əlavə ediləcək.

 Qeyd edək ki, telefonun çəkiliş haqqı 30 manatdır. “585” xidmətinin istifadəçiləri ayda 15 manat ödəniş etməklə daşınan telefonla respublikanın bütün ərazisində (Naxçıvan MR istisna olmaqla)  limitsiz danışıq apara bilər. Yalnız beynəlxalq və mobil şəbəkə istiqamətlərində zənglər istisnadır. Bu xidmətin tətbiqi ilə “şəhər-kənd” arasında rəqəmsal  fərq tamamilə aradan qaldırılır. Vətəndaşlar bu xidmətin tətbiq edildiyi rayonların Telekommunikasiya qovşaqlarının abunə şöbələrinə yaxınlaşıb müraciət etməklə telefon çəkdirə bilər.

 “585” prefiksi ilə 10 min nömrə resursu ayrılıb. Abunəçilər adi qaydada internet şəbəkəsinə qoşularaq bütün multimedia, o cümlədən internet və IP TV xidmətlərindən  yararlana bilərlər.

Xatırladaq ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
 
RƏVAN




Baxış sayı: 349

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020