12px13px15px17px
Tarix:22/01/16

“Vikipediya”nın Azərbaycan bölməsinin nə qədər istifadəçisi var?

 “Vikipediya”nın Azərbaycan bölməsində (az-viki) məqalələrin sayı 102 min 356-ya çatıb.

Hazırda “Az-viki”nin 104 min 459 qeydiyyatdan keçmiş istifadəçisi, 579 nəfər isə aktiv üzvü var. Aktiv üzv dedikdə son bir ayda iş görən istifadəçilər nəzərdə tutulur. 
 
Bölmə 13 administrator tərəfindən idarə olunur.
 
AMEA İnformasiya Texnologiyaları İnstitutundan (İTİ) “ICTnews” Elektron Xəbər Xidmətinə  bildirilib ki, son zamanlar “Vikipediya”nın Azərbaycan bölməsində istifadəçilərin aktivliyi müşahidə olunur.
 
“Son zamanlar sistemli şəkildə aparılan işlər istifadəçi aktivliyi ilə müşayiət olunur. Məlum olduğu kimi, ensiklopedik məqalələr bir çox viki-layihələrdə olduğu kimi, könüllülər tərəfindən yaradılır.  Bu səbəbdən də, Vikipediyaya daxil edilən məlumatların keyfiyyətinin yüksəlməsinə, elmi mənbələrə söykənən ensiklopedik məqalələrin çoxaldılmasına ehtiyac var. Ümumən viki-istifadəçilərin aktivliyi Azərbaycan vətəndaşlarının müasir İKT vasitələrindən səmərəli istifadəsinin və ölkədə informasiya cəmiyyətinin inkişafının əsas göstəricilərindən biridir”, - deyə institutdan bildiriblər. 
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 



Baxış sayı: 1057

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024