12px13px15px17px
Tarix:25/01/16

2015-ci ildə dünyada kiberhücumlardan dəymiş zərərin həcmi 158 milyard dollar təşkil edib

 "Symantec" şirkətinin kibertəhlükəsizliklə bağlı hesabatına əsasən, 2015-ci ildə internet istifadəçiləri haker hücumları nəticəsində 158 milyard dollar məbləğində zərərə məruz qalıblar.

"ICTnews" Eelektron Xxəbər Xxidməti "rambler.ru" saytına istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, ötən il 594 milyon insan haker hücumlarının qurbanı olub. Hakerlər tərəfindən törədəilmiş kibercinayətlər adambaşına orta hesabla təqribən 358 dollar təşkil edir.

Həmçinin bildirilib ki, kiberhücumlardan sonra hər bir texniki nasazlıqların aradan qaldırılmasına orta hesabla təxminən 21 saat sərf edilib. Kibertəhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, haker hücumlarının qurbanı olan istifadəçilər əksər hallarda özləri günahkardırlar.

Çünki, onların əksəriyyəti olduqca sadə parollar yaradırlar.

Ekspertlər isə, təhlükəsizliyi təmin etmək üçün daha mürəkkəb parollar yaratmağın ilkin şərt olduğunu qeyd edirlər.

Emil Hüseynov



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024