12px13px15px17px
Tarix:25/01/16

Yaxın 5 ildə insanabənzər robotlar bazarının həcmi kəskin artacaq

“Fuji Keizai” analitik şirkətinin proqnozuna əsasən, yaxın 5 ildə insanabənzər robotlar bazarının həcmi 14 dəfə yüksələrək 200 milyon dollar təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “itar-tass.com” saytına istinadən yazır ki, hazırda insanabənzər robotlar bu və ya digər mağaza, mehmanxana, hətta otelə müştərilər cəlb etmək üçün reklam məqsədilə istifadə olunurlar.
 
Yaxın gələcəkdə robotlar insanların peşələrinə də yiyələnəcəklər.
 
Analitiklər hesab edir ki, yaxın illərdə bütün peşələr şərti olaraq 2 kateqoriyaya bölünəcək: robotlar tərəfindən görüləcək işlər və insanların iştirakı zəruri olan işlər.
 
Onların fikrincə, mağaza və sosial müəssisələrdə informasiya stendlərinin əməkdaşları, kassirlər, yaşlı insanlara qulluq edənlər birinci kateqoriyaya şamil edilir.
 
Bu mənada dizayner, musiqiçi, dekorator, həkim, müəllim, biznes konsultant, barmen, bələdçi və işi yaradıcılıqla bağlı digər işçilərin narahatçılıq keçirməsinə ehtiyac yoxdur.
 
Emil Hüseynov
 
 
 




Baxış sayı: 1097

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024