12px13px15px17px
Tarix:26/01/16

Lazer sistemli ilk telekommunikasiya peyki bu ay orbitə göndəriləcək

Kosmik məlumatları lazerlə ötürmə texnologiyası sınaq mərhələsindədir. Yanvarın sonunda orbitə "European DAta Relay System" (EDRS) və ya "Space Data Highway" sistemli ilk peykin göndərilməsi planlaşdırılır.

Məlumatları 1,8 Qbit/saniyə sürətində ötürən peyk layihəsi və texnologiyası "Airbus Defence and Space" və Avropa Kosmik Agentliyi tərəfindən birgə hazırlanmaqla yerüstü stansiyalar, peyk və hava gəmiləri arasında rele informasiya mübadiləsi sistemi rolunu oynayacaq.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" resursuna istinadən yazır ki, "Airbus Defence and Space" bölməsi tərəfindən hazırlanan "EDRS-A" Fransanın peyk rabitəsi operatoru "Eutelsat" şirkətinin nəzarəti altında olacaq. Peykin ən vacib hissəsi "Laser Communication Terminal" (LCT) moduludur. "LCT" texnologiyası "EDRS" peykinə gündə 50 terabayt tutumda məlumatları real vaxt rejimində ötürməyə və almağa imkan verəcək.
 
Sistem təsvirin, video və digər məlumatların peykdən, pilotsuz uçan aparatlardan, pilotlu hava gəmilərindən və kosmik stansiyalardan ötürülməsi üçün istifadə edilməklə ənənəvi məlumat ötürmə üsulları ilə müqayisədə daha böyük sürəti təmin edəcək.
 
"Space Data Highway" 2017-ci ildə ikinci, 2020-ci ildə isə üçüncü analoji peykin buraxılması ilə peyk lazer rabitəsi sisteminin gücləndirilməsi planlaşdırılır. Hər üç peyk bütün dünyanı lazer sistemli şəbəkə vasitəsi ilə məlumatlarla təmin etməyə imkan verəcək.
 
 
Lazer sistemli ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə bağlı fikirlərini öyrəndiyimiz  "Azərkosmos" ASC-nin Peyk əməliyyatları qrupunun rəhbəri Dunay Bədirxanov bildirib ki, lazer vasitəsilə kosmosdan Yer kürəsinə məlumatın ötürülməsinin elmi cəhətdən sübut olunmuş yeni texnologiyadır.
 
"Belə ki, lazer kommunikasiyası vasitəsilə 38 000 km məsafədə olan Geostasionar peykin optik faydalı yükü ilə yerüstü stansiya arasında məlumatın ötürülməsi həyata keçirilib. Eyni vaxt aralığında lazerlə ötürülən informasiyanın həcmi radio dalğalar vasitəsilə ötürülən informasiyanın həcmi ilə müqayisədə xeyli böyükdür. Praktiki olaraq, ilk dəfə lazerlə informasiya ötürülməsi 2001-ci ilin noyabr ayında  Avropa Kosmik Agentliyinə (European Space Agency) məxsus  optik informasiya ötürücü kanalını təmin edən Artemis peyki ilə Fransanın milli kosmik agentliyinə məxsus SPOT 4 Yerin məsafədən müşahidə peyki arasında  sınaqdan keçirilib. 2014-cü ilin noyabrında Avropa Kosmik Agentliyi tərəfindən EDRS layihəsi çərçivəsində mümkün olan 1.8 gigabit sürətdən 0.6 gigabit sürətlə informasiya ötürülməsinə nail olunub. Hazırda bu sistemin aşağı orbitli peyklər ilə yerüstü stansiya arasında geostasionar peyklər üzərindən davamlı və keyfiyyətli informasiya ötürmək üçün istifadəsi nəzərdə tutulub"-deyə D.Bədirxanov qeyd edib.
 
Nizam Nuriyev



Baxış sayı: 868

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024