12px13px15px17px
Tarix:28/01/16

“Azerspace-1” peyki üzərindən daha bir kanal yayıma başladı

Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos" ASC Gürcüstanın İctimai Televiziya və Radio yayımlarını həyata keçirən "The Georgian Public Broadcasting (GPB)" şirkətinə daxil olan daha bir kanalın kommersiya yayımına dair müqavilə imzalayıb.
 
Müqaviləyə əsasən, GPB-nin tərkibində fəaliyyət göstərən "2TV" ictimai kanalı artıq "Azerspace-1" peyki üzərindən 2016-cı ilin yanvar ayından etibarən 11095/H/27500  tezliyi ilə yayımlanmaqdadır.

Qeyd edək ki, "2TV" kanalı 1991-ci ildə təsis edilib. Hazırda Gürcüstan əhalisinin 55%-i tərəfindən izlənilən bu kanal vasitəsilə  gürcü dilində, əsasən, ictimai-siyasi və sənədli proqramlar nümayiş olunur.
 
 



Baxış sayı: 1619

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2024

22 04 2024