12px13px15px17px
Tarix:01/02/16

Dördüncü sənaye inqilabı əmək bazarına necə təsir göstərəcək?

Cari ilin yanvarında Davosda keçirilmiş Dünya İqtisadi Forumunun hesabatına əsasən, 5 il sonra iş yerlərinin sayı azalacaq. Belə ki, dördüncü sənaye inqilabı indi mövcud olan peşə bacarıqlarının 35%-dən çoxuna təsir edəcək.

 
“ICTnews” Elektron Xəbər Xidməti “ilenta.com” saytına isytinadən yazır ki, 2020-ci ilə robot texnikası və avtonom işləyən nəqliyyat vasitəsi, süni intellekt və kompüter təlimi aktuallaşacaq, yeni materiallar, biotexnologiya əlçatan olacaq. Bu isə o deməkdir ki, bir sıra peşə sahiblərinə tələbat olmaya bilər. Əksinə, hazırda mövcud olmayan peşələr gələcəkdə adi hala çevriləcək.
 

Forumda iştirak edən işə götürənlər arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, 2020-ci ilə qədər ən çox tələbat olan  10 peşə bacarığı müəyyənləşdirilib:

  1. Kompleks məsələlərin həlli
  2. Tənqidi təfəkkür
  3. Yaradıcılıq qabiliyyətləri
  4. İdarəetmə qabiliyyəti
  5. Başqa şəxslərlə koordinasiya
  6. Emosional intellekt
  7. Düşünmək və qərar qəbul etmək qabiliyyəti
  8. Xidmət sahələrinə köklənmək
  9. Danışıqların aparılması bacarığı
  10. Koqnitiv elastiklik.
Emil Hüseynov




Baxış sayı: 687

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024