12px13px15px17px
Tarix:03/02/16

“Microsoft İmagine Cup 2016” müsabiqəsinin millli mərhələsində 24 komanda iştirak edir

"Microsoft İmagine Cup 2016" müsabiqəsinin milli final mərhələsi 15 aprel tarixinə planlaşdırılıb. Bu barədə "ICTnews" Elektron Xəbər Xidmətinə məlumat verən "Microsoft Azərbaycan" şirkətinin "Təhsildə Əməkdaşlıq" proqramının meneceri Emin Axundov bildirib ki, müsabiqədə 24 komanda iştirak edir.
 
 
"Microsoft İmagine Cup" beynəlxalq innovasiyalar müsabiqəsi gənclərin İKT sahəsinə marağının artırılması və əməyinin qiymətləndirilməsi məqsədilə "Microsoft" şirkəti tərəfindən tələbələr arasında keçirilir.
 
Müsabiqə milli və beynəlxalq mərhələlərdən ibarətdir.
 
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Yüksək Texnologiyalar Parkı və "Nar" mobil şirkətinin ötən il "Microsoft Azərbaycan" şirkəti ilə birgə start verdiyi "Microsoft Imagine Cup" innovasiya yarışmasının milli təsnifat mərhələsinin qalibi "NoObs" komandası olub.
 
Komanda "Microsoft Imagine Cup 2015" beynəlxalq innovasiyalar müsabiqəsində 2-ci yeri tutub.
 
Dünyanın müxtəlif ölkələrindən olan 33 komandanın iştirak etdiyi yarışda Azərbaycan keçən il ilk dəfə təmsil olunub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1444

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024