12px13px15px17px
Tarix:03/02/16

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək məqsədilə “Yeni Fikir - 2016” müsabiqəsinə start verilir

Ölkədə informasiya-kommunikasiya texnologiyalarının inkişafına dəstək vermək, yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq məqsədilə "Yeni Fikir - 2016" müsabiqəsinə (YFM) start verilib.
 
 
Müsabiqəyə qeydiyyat martın 15-də tamamlanacaq.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, müsabiqə, eyni zamanda innovativ sahibkarlığın inkişafına dəstək, texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədi daşıyır.
 
YFM-in əhatə etdiyi sahələrə startap ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.
 
YFM təşəbbüskar gənclərlə iş dünyası arasında real körpü rolunu oynayır. İldə bir dəfə keçirilən müsabiqədə Azərbaycanda yaşayan bütün gənclər iştirak edə bilər.
 
 
Qeyd edək ki, "Yeni Fikir" Müsabiqəsi Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) təşkil etdiyi layihədir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1130

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024