12px13px15px17px
Tarix:20/09/11

RİTN "TASİM" layihəsi üzrə siyasi alyansın təşkilinə ümid edir

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN)  "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin həyata keçirilməsi üzrə iri siyasi alyansın təşkil olunmasına ümid edir.

Bunu jurnalistlərə RİTN-in beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə əlaqədar tərəflərlə danışıqlar aparılır ki, bu da layihənin nəzərdə tutduğu iş planına uyğun növbəti addımdır. "Layihə üzrə konsorsiumun təşkil olunması ilə bağlı memorandum Azərbaycan Beynəlxalq Telekomunikasiya Sərgisi "Bakutel-2011" (23-26 noyabr) çərçivəsində imzalana bilər.

Hesab edirəm ki, əgər bu il konsorsium forlamalaşdırılsa, gələn il alyansın təşkili üzrə işlərə başlanıla bilər", - o deyib.

Supermagistral tikintisi layihəsinə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və Çinin qabaqcıl telekommunikasiya operatorları cəlb olunub.

Bayramovun sözlərinə görə, layihə digər ölkələr üçün də açıqdır və Azərbaycan əlaqələndirici ölkə kimi onların bu layihədə iştirakını təmin edir.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın yaradılması üzrə Azərbaycanın təşəbbüsünün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regionun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

Layihə ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.



Baxış sayı: 1149

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024