12px13px15px17px
Tarix:06/02/16

Ötən il Naxçıvan MR-də bir neçə yeni avtomat telefon stansiyası istifadəyə verilib

Naxçıvan Muxtar Respublikasının 2015-ci ildəki sosial-iqtisadi inkişafına dair hesabatda yeni istifadəyə verilən avtomat telefon stansiyaları barədə də məlumat  verilib.
 
 
"ICTnews" Elektron Xəbər Xidmətinin məlumatına görə, hesabatda ötən il MR-in Şərur rayonunun Kürkənd, Cəlilkənd və Kürçülü, Culfa rayonunun Camaldın, Gal, Qızılca və Şurud kəndlərinin hər birində 384 nömrə tutumlu avtomat telefon stansiyasının istifadəyə verildiyi əksini tapıb.
 
 
Həmçinin qeyd olunur ki, Ordubad rayonunun Gilançay kəndində 384 nömrə tutumlu avtomat telefon stansiyası quraşdırılaraq Dəstə-Vənənd-Gilançay arası optik arabağlantı ilə təmin edilib. Bundan əlavə, Bist-Ələhi-Nəsirvaz-Xurs avtomat telefon stansiyalararası arabağlantı fiber-optik xətt üzərinə köçürülüb.
 
 
Bunlarla yanaşı, Babək qəsəbəsində ikinci avtomat telefon stansiyası istifadəyə verilib, Naxçıvan şəhərinin Qaraçuq, Şərur rayonunun Oğlanqala, Ordubad rayonunun Tivi, Kəngərli rayonunun Yurdçu kəndlərindəki avtomat telefon stansiyaları yeni binalara köçürülüb.

 
CAHANGİR
 



Baxış sayı: 831

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024