12px13px15px17px
Tarix:10/02/16

“M-Mark” qurğusu insultdan sonra sağlamlığın bərpasına kömək edir

İflicin nəticələri ilə mübarizə və xəstələrin sağlamlığının bərpası üçün çoxlu müasir cihaz və texnologiyalar, o cümlədən qan laxtalanmasını məhv edən xüsusi ekzoskeletlər və nanohissəciklər mövcuddur.

Sautgempton Universiteti və London İmperiya Kollecinin tədqiqatçıları xəstənin əlinin ev müalicəsinə reaksiyası haqqında informasiya toplayan simsiz elektron qol hazırlayıblar. "M-Mark" adlanan qurğu yüksək həssaslığa malik mikrofon və sensorlarla təchiz edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" "www.4pda.ru" resursuna istinadən yazır ki, müvafiq mobil proqram vasitəsilə əldə olunan analizlər əsasında xəstə müalicəsinin gedişini izləyə və terapiyanın təsirini öyrənə bilər. Proqram, həmçinin istifadəçinin bütün hərəkətləri düzgün yerinə yetirməsini və təlimata əməl etməsini izləyəcək. Toplanan bütün informasiyadan müalicəni aparan həkim məsafədən yararlana biləcək, bu səbəbdən o, reabilitasiyada irəliləyişi izləyə və terapiyaya dəyişikliklər edə biləcək. 

Layihə rəhbəri Ceyn Barricin sözlərinə görə, "M-Mark" və müvafiq proqramlar müalicə müddətini gündə 45 dəqiqə qısalda və terapevtin xəstəyə baş çəkməsinin sayını azalda bilər.

Nizam Nuriyev 




Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024