12px13px15px17px
Tarix:20/09/11

“Facebook”da "Read", "Watched" və "Listened" düymələri olacaq

Yeni yayılan məlumata əsasən, “Facebook” sosial şəbəkəsi nümayəndələri sentyabrın 22-də San-Fransiskoda keçiriləcək öz “F8” developers konfransında yeni xidmətlər təqdim edəcək.

Bundan əvvəl bildirilir ki, sosial şəbəkə öz yeni media platformasını təqdim etmək niyyətindədir. Bu platforma vasitəsilə istifadəçilər sevimli musiqi, seriallar və filmləri asanlıqla mübadilə edə biləcəklər.

Bu gün bir sıra mənbələrə istinadən “TechCrunch” nəşri bildirib ki, “Facebook” konfransda bir neçə yeni düymə təqdim etməyi planlaşdırır. Yeni düymələr klassik "Like" düyməsinin yanında yerləşəcək. Bu düymələr "Read", "Listened" və "Watched" adlanır.

Həmçinin, məlumdur ki, sosial şəbəkə yaxın vaxtlarda sosial ticarətlə bağlı bir neçə düymə təqdim etmək niyyətindədir, məsələn, "Want" kimi.



Baxış sayı: 1127

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024