12px13px15px17px
Tarix:12/02/16

Məlumatların ötürülməsi üzrə rekord sürət qeydə alınıb

London Universitet Kollecində çalışan alimlər qrupu 1 ədəd ötürücü və 1 ədəd qəbuledici qurğular arasında informasiyanın ötürülməsi üzrə rekord sürətə nail olublar. Məlumatların optik ötürülmə sürəti saniyədə 1.125 Tbit təşkil edib. Bu eksperimentə doktor Robert Meyxer rəhbərlik edib.

Müqayisə üçün, məlumatların ötürülməsi üzrə əldə edilmiş yeni sürət Böyük Britaniyanın yüksəksürətli şəbəkəsi daxilində məlumatların orta ötürmə sürətindən təqribən 50 min dəfə yüksəkdir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, London Universitet Kollecində çalışan alimlər tərəfindən yaradılmış sistem məlumatların ötürülməsi üçün 15 müxtəlif kanaldan istifadə edir və bu kanalların hər biri üzrə müxtəlif dalğa uzunluğunda olan optik siqnallar ötürülür. Hər bir kanal müstəqil modullaşdıqdan sonra bir ümumi siqnalda birləşərək “məlumatların ötürülməsi üçün superkanal” formalaşdırır. Digər sonluqda isə inanılmaz dərəcədə yüksək buraxılış qabiliyyətinə malik yalnız 1 ədəd qəbuledici stansiya mövcuddur.

Bildirək ki, sözügedən eksperiment zamanı alimlərdən ibarət komanda ötürücü və qəbuledicidən real istifadə ediblər.

Emil Hüseynov




Baxış sayı: 572

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Aprel 2024

24 04 2024