12px13px15px17px
Tarix:12/02/16

Mobil əlavələr bazarının həcmi 2016-cı ildə 24 faiz artacaq

“App Annie” şirkəti mobil əlavələr bazarının inkişafı üzrə ilk hesabatını təqdim edib. Yeni hesabat sayəsində müəssisə, investor və əlavə tərtibatçıları yaxın beş il üçün qlobal imkanlar barədə proqnozla bağlı məlumat əldə edəcəklər.

“ICTnews” Elektron Xəbər Xidməti “CNews” resursuna istinadən yazır ki, şirkətin proqnozuna görə, 2016-cı ildə qlobal mobil əlavələr bazarının həcmi 24 faiz artacaq: bütün əlavələr mağazalarının ümumi gəliri 51 milyard dollara çatacaq. 2020-ci ilədək bütün əlavələr mağazaları üzrə qlobal ümumi gəlir göstəricisinin 101 milyard dolları ötəcəyi gözlənilir.

Proqnoza görə, iri bazarların, o cümlədən ABŞ, Yaponiya və Çinin əlavə gəlirlərində ümumi müsbət dinamikada əsas rol oynamasına baxmayaraq Hindistan, İndoneziya, Meksika və Argentina kimi sürətlə inkişaf edən bazarlar böyük imkanlar açacaq.

Şirkət analitiklərinin qiymətləndirməsinə görə, 2015-ci ilin əvvəlində tədarük həcminə görə irəliyə çıxan Çin bu ilin birinci rübündə əlavələr mağazalarının ümumi gəlir göstəricisi üzrə ABŞ-ı geridə qoyacaq. 
Bununla yanaşı, gəlir və istifadə göstəriciləri 2015-ci ildə Argentina və Braziliya kimi ölkələrdə sürətli artımla təsdiq edilən böhran şəraitində dayanıqlıq əlamətləri nümayiş etdirir. Bu vəziyyət smartfon və əlavələr bazarının 2008-2010-cu illərdə yaşadığı dayanıqlıq dövrünü xatırladır.

Nizam Nuriyev 




Baxış sayı: 742

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024