12px13px15px17px
Tarix:17/02/16

2020-ci ildə mobil məlumatların trafiki 367 ekzabayta yaxınlaşacaq

Mobil texnologiyalar biznesin dəstəyi üçün mühüm alətə çevrilib.

"Cisco" şirkətinin proqnozuna görə, yaxın 5 ildə mobil məlumatların trafiki 8 dəfə artacaq.
Bu artım tempi biznes fəaliyyətinə çox ciddi təsir göstərəcək. Yaranmış şəraitdə İT xidmətlərinin direktorları öz daşınan qurğu və smartfonlarında daha çox video izləyən mobil əməkdaşların təhlükəsiz dəstəyinin təmininə çalışırlar. "Cisco" şirkətinin qiymətləndirməsinə görə, 2020-ci ildə qlobal mobil trafikin 81%-i smartfonların payına düşəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "osp.ru" saytına istinadən yazır ki, 2015-ci ildə mobil məlumatların trafiki 44 ekzabayt təşkil edib. 2020-ci ildə bu göstərici 367 ekzabayta yaxınlaşacaq. Bu proqnozlaşdırılan trafik MMS mesajlarında 81 trilyon şəklin ötürülməsi deməkdir, başqa sözlə, planetin hər bir sakini üçün gündəlik 28 belə şəkil düşəcək.

ABŞ-da 500 İT meneceri arasında keçirilmiş sorğunun nəticəsinə əsasən, şirkətlər öz əməkdaşları tərəfindən istifadə edilən mobil qurğuların dəstəyinə artıq ildə orta hesabla 1840 dollar ayırırlar.

"Wandera" şirkətinin sifarişi üzrə keçirilmiş sorğunun nəticəsinə əsasən, respondentlərin 28%-i etiraf edib ki, son ildə onların mobil təhlükəsizlik sistemində ən azı bir boşluq aşkar edilib. Rəyi soruşulanların 50%-i deyib ki, onların çalışdığı şirkətlər belə boşluqların aradan qaldırılmasına 40-400 min dollar xərcləyiblər.

Emil Hüseynov




Baxış sayı: 1104

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024